EN

Azərbaycanın qadınlardan ibarət voleybol millisi Macarıstana təlim məşq toplanışına yollanıb

ain.az, sport24.az saytına istinadən bildirir.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığı davam etdirmək üçün Macarıstana yollanıb. Sport24.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Milli mayın 12-dən 16-dək Macarıstanda təlim-məşq toplanışında olacaq. Daha sonra Faiq Qarayevin rəhbərlik etdiyi komanda hazırlığı Sloveniyada davam etdirəcək. Bu ölkədə təşkil olunacaq təlim-məşq toplanışı mayın 29-dək davam edəcək.

 

 

Hazırlıq proqramında milli komandanın bir sıra yoxlama oyunları keçirməsi də planlaşdırılır. Təlim-məşq toplanışlarına 14 voleybolçu cəlb olunub.

Qeyd edək ki, Azərbaycan yığması Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda millinin rəqibləri İsveç və Estoniya yığmaları olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
4
sport24.az

5Sources