Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Britaniya hökumətinin üzvləri baş nazir Kir Starmerin istefasını kabinet iclasında tələb etməyiblər.
Bizimyol.info xəbər verir ki, bu barədə Əmək və pensiya məsələləri naziri Pət Makfadden "Sky News" telekanalına açıqlamasında bildirib.
Jurnalistin Starmerə kimsə kabinet iclasında qarşı çıxıb-çıxmadığı sualına Makfadden: “Xeyr. Onun lehinə çoxlu bəyanatlar səsləndi. O, işini davam etdirir. Bu, cəmiyyətin gözlədiyi şeydir,” – deyə cavab verib.
Çərşənbə axşamı səhər Britaniyanın Mənzil, İcma və Yerli Orqanlar üzrə nazir müavini Miatta Fanbulle Starmerin siyasətinə etiraz olaraq istefa verib. O, Starmerin vəzifəsini davam etdirməsi səbəbindən postunu tərk edən ilk hökumət üzvü olub. Mayın 11-də bir neçə nazir köməkçisi də baş nazirin kabinetdə qalmasına etiraz edərək istefa verib. Starmerin taleyinin məhz kabinet iclasında müəyyən ediləcəyi gözlənilirdi.
Siyasi böhran 7 mayda keçirilən yerli özünüidarə seçkilərindən sonra Britaniyada alovlanıb. Nəticələrə görə, hakim Leyborist Partiyası tarixində ilk dəfə Uels parlamentində nəzarəti itirib. İngiltərənin müxtəlif qanunverici orqanlarına isə leyboristlər əvvəlkindən 1,4 min nümayəndə az göndəriblər. Starmer seçkilərdəki məğlubiyyətə görə məsuliyyəti üzərinə götürüb, lakin leyboristlərin rəhbəri və baş nazir vəzifəsindən getməkdən imtina edib.
Son 24 saat ərzində Leyborist Partiyasından Starmerin istefasını tələb edən parlament üzvlərinin sayı iki dəfədən çox artaraq təxminən 80 nəfərə çatıb. Partiya üzvləri hesab edirlər ki, Starmerin Douninq-Stritdə qalması növbəti ümumi seçkilərdə (ən gec 2029-cu ilin avqustuna qədər) partiyanın mövqeyini daha da zəiflədəcək. Ümumilikdə Leyborist Partiyası 650 yerlik Aşağı Palatada 403 deputatdan ibarətdir.
Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.