EN

İsrail BƏƏ yə Dəmir Qübbə göndərib? Hakabi

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

İsrail Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) Dəmir Qübbə batareyaları və onları idarə etməyə kömək etmək üçün personal göndərib.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi deyib.

“BƏƏ ilə İsrail arasında fövqəladə bir münasibət var. BƏƏ-nin bütün digər aviaşirkətləri İsrailə uçuşları dayandırdıqda, Əmirliklər davam etdi.

BƏƏ buna bir nümunədir”, - o bildirib.

Qeyd edək ki, daha əvvəl “Axios” nəşri İsrailin İranla müharibənin ilk günlərində ilk dəfə olaraq BƏƏ-yə Dəmir Qübbə hava hücumundan müdafiə sisteminin bir batareyasını və onu idarə etmək üçün hərbçilər göndərdiyini yazmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
30
1
axar.az

10Sources