EN

“Valideyn-müəllim əməkdaşlığının gücləndirilməsi” layihəsinə start verildi » AzadMedia.az



“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Valideyn-müəllim əməkdaşlığının gücləndirilməsi” adlı layihəyə start verir.

Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihənin əsas məqsədi qeyri-formal mühitdə valideynlərlə müəllimlər arasında əməkdaşlığın gücləndirilməsi, valideynlər üçün uşaqların hüquqları və təhsili istiqamətində qeyri-formal pedaqoji maarifləndirmənin, eləcə də gəzinti və istirahət proqramlarının təşkili məqsədini daşıyır.

01 may 2026-cı il tarixindən başlayan və 31 iyul 2026-cı il tarixinədək davam edəcək layihə çərçivəsində Quba, İsmayıllı, Astara və Masallı rayonlarında valideyn və müəllimlər üçün yay əməkdaşlıq düşərgələrinin təşkili, valideyn-müəllim əməkdaşlığına və uşaqların maraqlarına uyğun qeyri-formal müzakirələrin keçirilməsi nəzərdə tutulur.

Layihənin icrasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə yanaşı, tərəfdaş qurumlar kimi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları, regional təhsil idarələri, təhsil sektorları, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq nəzərdə tutulur.
Chosen
14
4
azadmedia.az

5Sources