EN

Əli Vəliyevlə Aynur Camal arasında məhkəmə mübahisəsi - Qərar verildi

Teleqraf saytının rəhbəri Aynur Camalın Manset.az xəbər portalının həmtəsisçisi və baş redaktoru Əli Vəliyevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı məhkəmə prosesinə yekun vurulub.

 

Pravda.az-ın Manset.az-a istinadən məlumatına görə,  Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə Aynur Camalın şikayəti rədd edilib.

 

Məhkəmə prosesi bundan əvvəl bir neçə dəfə təxirə salınsa da, qərar bu gün elan olunub.

 

Tərəflər arasında xəbərə istinad mübahisəsi olub. 

Tarix: 12 May 2026, 15:55   
Chosen
27
4
pravda.az

6Sources