EN

Şagird məktəbə silah keçirdi: İki nəfəri yaraladı

Rusiyanın Krasnodar diyarının Gülkeviçski rayonunda yerləşən məktəbdə atışma baş verib.

Publika.az xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev məlumat verib.

Bildirilib ki, doqquzuncu sinif şagirdi pnevmatik silahı məktəb binasına keçirərək iki şagirdi yaralayıb. Yaralananlara dərhal tibbi yardım göstərilib və onlar xəstəxanaya yerləşdiriliblər. Həkimlər onların vəziyyətini qənaətbəxş qiymətləndirir.

Hadisədən sonra Səhiyyə Nazirliyi şagirdlərə və valideynlərə psixoloji dəstək göstərilməsi üçün mütəxəssislər göndərib.

Məlumata görə, məktəb rəhbərliyi və mühafizə xidməti ilə bağlı araşdırmaya başlanılıb. Məqsəd silahın təhsil müəssisəsinə necə keçirildiyini müəyyənləşdirməkdir. Bununla yanaşı, regional Təhsil İdarəsinin xüsusi komissiyası da hadisə yerinə göndərilib.

Chosen
19
publika.az

1Sources