EN

Bu qərar ləğv edildi

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Meksikada Dünya Kuboku və həddindən artıq isti hava şəraiti səbəbilə məktəblərin erkən bağlanması ilə bağlı qərar ləğv olunub.

"Cebheinfo.az" xəbər verir ki, Meksikanın təhsil naziri Mario Delqado “X” sosial media platformasındakı hesabında paylaşdığı açıqlamada bildirib:

“Geniş müzakirə prosesindən və prezidentimizin çağırışına cavab olaraq 2025–2026 tədris təqvimini qorumaq və təhsil ilini planlaşdırıldığı kimi 15 iyul tarixində başa çatdırmaq barədə razılıq əldə olunub.”

Delqado ötən həftə tədris ilinin 5 iyunda başa çatacağını açıqlayaraq bildirmişdi:

“Bu dəyişiklik son günlər təsirini göstərən qeyri-adi isti hava dalğasının iyun və iyul aylarında da davam edəcəyi və ölkəmizdə keçiriləcək Dünya Kuboku səbəbilə edilmişdi.”

2026 FIFA Dünya Kuboku ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə 11 iyun–19 iyul tarixləri arasında keçiriləcək.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
1
cebheinfo.az

2Sources