EN

Puxaç finalda iştirak edəcəkmi? - Dəqiqləşdi

Bizon Azərbaycan Kubokunun finalında "Zirə" ilə qarşılaşacaq "Sabah" oyuna optimal heyətlə çıxacaq. 

Məlumatı Fanat.Az-a "bayquşlar"ın sözçüsü Elnur Həmidov verib:

"Cəzalı futbolçumuz yoxdur. Zədəlilərə gəlincə, uzun müddətdir oynamayan Pavol Şafranko finalda da olmayacaq. "Şamaxı" ilə çempionat oyununda xəsarət aldığı üçün son turda heyətdə yer almayan Timoteuş Puxaç artıq sıraya dönüb. O, artıq məşqlərdə iştirak edir. Məşqçilərin verəcəyi qərardan asılı olaraq finalda meydana çıxa bilər". 

Qeyd edək ki, Bizon Azərbaycan Kubokunun final oyunu 13 may tarixində “Palms Sports Arena”da keçiriləcək. Matç saat 20:00-da start götürəcək.

Mirağa

Chosen
10
1
fanat.az

2Sources