EN

“Nəticə rəhbərliyə dərs olsun” - “Qəbələ” azarkeşləri günahı kimdə görür?

“Qəbələ”nin bu mövsümü 11-ci yerdə bitirməsi, elitada yerini qorumaq üçün pley-off oyunu keçirməsi tam realdı.

Bəs “Qəbələ” azarkeşləri cari mövsümdəki nəticəni necə qiymətləndrir, onlar pley-offda kimlə qarşılaşmaq istəyir? “Red Black Army” fanklubunun rəhbəri Cavad Şəriflinin “Football-plus.az”a cavabı:

“Qəbələ”nin bu yerlərdə olacağı heç kimin ağlına gəlməzdi. Yayda heyətdə çox dəyişiklik olmadı. Uğursuz transferlər və zədələr oldu, şanssızlıq da yaşandı. Elitada qalacağımıza 90 faiz inanırıq. Futboldu, hər şey ola bilər. Pley-offdakı rəqibin fərqi yoxdu. İnanıram ki, növbəti mövsüm də premyer-liqada olacağıq. Bu nəticə də, yəqin ki, komandaya və rəhbərliyə dərs oldu. Nöqtə transferlər etmək lazımdı ki, heç olmasa elitanı tərk etmək qorxusu yaşamayaq, turnir cədvəlinin ortalarında qərarlaşaq”.

MÜZƏFFƏR QULUZADƏ
Chosen
17
1
football-plus.az

2Sources