EN

Xəzərin suyu çəkildi, bir bir üzə çıxdılar Sürünənlər oraya toplanacaqlar

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Xəzər dənizinin sahil xətlərində və relyefində baş verən kəskin dəyişikliklər həm sakinlərin, həm də elm adamlarının diqqət mərkəzindədir. Su geri çəkildikcə əvvəllər görünməyən quru sahələri üzə çıxır, mövcud adaların sərhədləri isə sürətlə genişlənir.Mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimov Demokrat.az-a bildirib ki, Xəzər dənizində son illər adaların ərazisinin genişlənməsi və yaxud da bəzi yerlərdə yeni adaların yaranması, daha doğrusu, adaların üzə çıxması və quru sahələrinin görünməsi normal hal hesab olunur:"Bu proses dənizin səviyyəsinin aşağı düşməsi nəticəsində baş verir. Ümumiyyətlə, adalar vulkanik proseslər, dənizlərdə baş verən vulkan püskürmələri və yaxud zəlzələlər nəticəsində yarana, eyni zamanda yox ola bilər. Bunlar təbii proseslərdir.Quraqlıq nəticəsində Xəzər kimi qapalı dənizlərdə adaların yaranması və yaxud ərazilərinin genişlənməsi müşahidə olunur. Bunun əsas səbəbi iqlim dəyişiklikləri nəticəsində Xəzərin səviyyəsinin aşağı düşməsi və belə dənizlərin, göllərin dayazlaşmasıdır. Bunun ciddi ekoloji yan təsiri yoxdur. Əgər həmin adalar uzun müddət qalacaqsa və dayanıqlı olacaqsa, zamanla onların öz ekosistemi formalaşmağa başlayacaq. Flora və fauna tədricən yaranacaq. İlk olaraq ora quşlar gələcək, daha sonra müəyyən sürünənlər və digər canlılar məskunlaşacaq. Bu proses təbii şəkildə inkişaf edir. Əgər ada geniş olarsa və yaşayış üçün uyğun şərait yaranarsa, ərazi daha da genişlənə bilər. Burada qorxulu heç nə yoxdur.İqlim dəyişiklikləri nəticəsində okean və dənizlərdə bəzi ada dövlətlərinin əraziləri su səviyyəsinin qalxması səbəbindən kiçilir, hətta bəzi yerlər yox olmağa başlayır. Quraqlıq nəticəsində isə Xəzər kimi qapalı dənizlərdə əks proses baş verir. Buna görə narahatlığa əsas yoxdur. Məsələn, Urmu gölündə son yağıntılardan sonra yaranmış bir çox adalar yenidən yox olub. Bir çox yerlərdə quru ilə birləşmiş ərazilər yenidən su altında qalıb. Təbiətdə bu cür proseslər baş verir və bunlar müvəqqəti xarakter daşıyır", - deyə ekspert bildirib.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
86
demokrat.az

1Sources