EN

Fransada şok: 150 milyonluq transfer rəsmiləşir

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

Fransanın PSJ klubu hücum xəttini dünya ulduzu ilə gücləndirmək üçün rekord məbləği gözdən çıxarıb.

Fanat.Az xəbər verir ki, "El Chiringuito TV"nin yaydığı məlumata görə, Paris təmsilçisi "Atletiko Madrid" forması geyinən Xulian Alvaresin transferi ilə bağlı rəsmi danışıqlara başlayıb.

Liqa 1 nəhənginin argentinalı hücumçu üçün 150 milyon avro təzminat ödəməyə hazır olduğu bildirilir. Məlumata görə, PSJ-nin Alvaresə olan marağı uzun müddətdir davam edir və klub rəhbərliyi növbəti yay transfer pəncərəsində bu keçidi rəsmiləşdirmək niyyətindədir.

Cari mövsümdə nümayiş etdirdiyi performansla Avropanın diqqət mərkəzində olan 26 yaşlı forvardın Parisə köçməsi transfer bazarında böyük əks-səda doğurub. Ekspertlərin fikrincə, Alvaresin transferi PSJ-nin onsuz da güclü olan hücum xəttini "ölümcül" səviyyəyə çatdıracaq.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
2
fanat.az

3Sources