EN

Tramp ABŞ-də neft qiymətlərinə nəzarət üçün bütün addımları atacağını deyib

BAKI, 13 may. TELEQRAF

ABŞ Prezidenti Donald Trump ölkədə neft qiymətlərinə nəzarət etmək üçün lazım olan bütün addımları atacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Rusiya nefti ilə bağlı əməliyyatlara verilən lisenziyanın uzadılması ehtimalı barədə suala cavab verən Tramp bunları deyib: “Biz lazım olan hər şeyi edəcəyik”.

ABŞ lideri daha əvvəl ölkədə yanacaq qiymətlərinin artması səbəbindən yanacaq vergilərinin müvəqqəti ləğv ediləcəyini də açıqlamışdı.

Chosen
135
teleqraf.com

1Sources