EN

Əsəbləşdirəndə sizi ömürlük bloka ata biləcək 3 bürc

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Bəzi insanlar qəzəblənəndə bağırıb-çağırmaq əvəzinə tamamilə susmağa üstünlük verirlər. Astrologiya dünyasında bu səssizlik çox vaxt fırtınadan əvvəlki sakitlik və ya münasibətin tamamilə bitməsi kimi qiymətləndirilir.Demokrat.az xəbər verir ki, mütəxəssislər müəyyən bürclər üçün qışqırmağın hələ də qarşı tərəfə dəyər vermək mənasına gəldiyini bildirirlər. Onlar üçün əsl təhlükə ünsiyyəti kəsdikləri anda başlayır. Əsəbiləşəndə səssizliyə bürünən və insanları həyatından biryolluq çıxaran 3 bürcü təqdim edirik:Əqrəblər qəzəbləndiyi zaman olduqca soyuq və məsafəli davranırlar. Bu bürcün nümayəndəsi sizinlə danışmırsa, deməli, onun həyatında artıq yeriniz yoxdur. Onlar intiqamını səssiz qalaraq və qarşı tərəfi tamamilə yox sayaraq alırlar. Bir gün qəfil bütün sosial şəbəkələrdən bloklandığınızı görsəniz, təəccüblənməyin.Oğlaq bürcü üçün hissləri büruzə vermək və emosional partlayışlar yaşamaq zəiflik əlamətidir. Onlar gərgin vəziyyətlərdə hər şeyi məntiqlə analiz edirlər. Əgər bir nəfərin onlara mənfi təsir etdiyinə qərar versələr, heç bir izahat vermədən, sakitcə uzaqlaşarlar. Onlar üçün uzun-uzadı mübahisə etməyin heç bir mənası yoxdur.Qız bürcü isə səbirli olsa da, bu səbrin tükəndiyi nöqtə geri dönüşü olmayan yoldur. Onlar əsəbiləşəndə qarşı tərəfin bütün səhvlərini beyinlərində qeyd edirlər. Qız bürcü nümayəndəsi susmağa başlayıbsa, bu, münasibətə çoxdan nöqtə qoyduğunun göstəricisidir. Onların sakit gedişi hər zaman əvvəlcədən planlaşdırılmış və qəti qərardır.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
97
demokrat.az

1Sources