Dərnəgüldən regionlara qatarla getmək mümkün olacaq
Azərbaycan Dəmir Yolları QSC-nin yeni istifadəyə verilmiş "Dərnəgül" stansiyasından ölkənin regionlarına qatarla getmək mümkün olacaq.BUTA.TV bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, iyunun 6-dan bu stansiyada Bakı-Qazax-Bakı, Bakı-Ağstafa-Bakı, Bakı-Balakən-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları ilə hərəkət edən qatarlar dayanacaq.