EN

Bakının bir hissəsində İŞIQ KƏSİLƏCƏK

Bu gün Bakının Xəzər rayonunun Binə qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin təchizatında fasilə yaranacaq.

Bu barədə Publika.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yenidənqurma işləri həyata keçiriləcək.

Bununla əlaqədar saat 11:00-dan 15:00-dək Binə qəsəbəsi Südçülük sovxozu yaşayış massivi, Xəqani və Lələtəpə küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Chosen
17
10
publika.az

10Sources