EN

NBA-da çıxış edən basketbolçu 29 yaşında vəfat edib

Bakı, 13 may, AZƏRTAC

ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən “Memfis Qrizlis” komandasının basketbolçusu Brandon Klark 29 yaşında vəfat edib.

AZƏRTAC NBA-nın rəsmi saytına istinadən xəbər verir ki, kanadalı oyunçunun ölüm səbəbi açıqlanmayıb.

O, ötən ay Arkanzas ştatının Kross dairəsində qadağan olunmuş maddələrin saxlanılması, sürət həddini aşma, yol hərəkəti qaydalarını pozma ittihamları ilə saxlanılmışdı və növbəti gün azadlığa buraxılmışdı.

Brandon Klark “Memfis Qrizlis”in heyətində ən uzun müddət çıxış edən oyunçulardan biri idi. Forvard peşəkar karyerasının bütün yeddi mövsümünü həmin klubda keçirib.

Chosen
39
azertag.az

1Sources