EN

Rubio Maduro kimi geyindi - MESAJ VERDİ

ABŞ dövlət katibi Marko Rubio Çinə səfəri zamanı Venesuela lideri Nikolas Maduronun qaçırılmasından sonra geyindiyi geyimə bənzəyən kostyum seçib.

“Cebheinfo.az” “NewsNation”-a istinadən məlumatına görə, Ağ Evin kommunikasiya direktoru Stiven Çeunq Rubionun şəklini “X” sosial media platformasında paylaşıb.

“NewsNation”-ın müxbiri Kelli Meyer “X” sosial media platformasında yazıb: "Ağ Evin kommunikasiya direktoru Maduronun qaçırılmasından sonra geyindiyi eyni idman geyimini geyinmiş katib Rubionun bu şəklini Air Force One təyyarəsində paylaşıb".

Yazıda, həmçinin qeyd olunub ki, mesaj ABŞ Prezidenti Donald Trampın Venesuelanı ABŞ-nin 51-ci ştatı kimi daxil etməyi təklif etdiyi müsahibəsindən bir gün sonra verilib.

Chosen
6
cebheinfo.az

1Sources