EN

Forumun loqotipi Azərbaycanın qədim şəbəkə sənətindən ilhamlanıb

BAKI, 13 may. TELEQRAF

“Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) loqotipi Azərbaycanın əsas simvollarından ilhamlanıb”.

Teleqraf xəbər verir ki, bu sözləri WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov deyib.

“Bir çox yerdə şəbəkə elementlərini görəcəksiniz. Loqotipimiz Azərbaycanın qədim şəbəkə sənətindən ilhamlanıb. Bu, bizim keçmişimizi və mədəni irsimizi əks etdirir. Məhz buna görə də forumun müxtəlif vizual elementlərində şəbəkə naxışlarından istifadə olunub”, - o bildirib

Chosen
60
2
teleqraf.com

3Sources