EN

​Ukrayna yenə Rusiya şəhərlərini vurdu Moskva da var + VİDEO

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ötən gecə Ukrayna PUA-ları növbəti dəfə Rusiyanın müxtəlif şəhərlərini hədəf alıb.

“AzPolitika” xəbər verir ki, Rusiya mediası və sosial şəbəkələrdə hücumlarla bağlı xəbər və videolar yayımlanıb.

Krasnodardakı Temryuk rayonunda yerləşən bir müəssisənin ərazisinə dron düşdüyü məlum olub. Bu xəbəri rəsmi orqanlar da təsdiqləyib. Ərazidə yanğın baş verib. Yanğının söndürülməsində 96 nəfər və 29 texnika iştirak edir. İki nəfər yaralanıb.

Eləcə də Rusiya Telegram kanalları peyk məlumatlarına istinadla hücum nəticəsində Taman limanındakı neft anbarında yanğın baş verdiyini bildirir.

Rusiya mediası həmçinin Həştərxan Qaz Emalı Zavodunda "dron qalıqları düşəndən" sonra yanğın baş verdiyini bildirib.

Yaroslavl vilayətinin qubernatoru Mixail Evrayev bildirib ki, "vurulan PUA-nın qalıqları" Yaroslavldakı sənaye müəssisəsinə düşüb.

Moskva meri Sergey Sobyanin də şəhərə PUA hücumu olduğunu bəyan edib və əlavə edib ki, şəhərə doğru uçan bir dron vurulub. O yazıb ki, təcili yardım xidmətləri qəza yerində işləyir.

Bryansk vilayətinin hakimiyyət orqanları Ukraynanın dron hücumundan sonra iki nəfərin yaralandığını bildirib.

“AzPolitika.info”

pic.twitter.com/BOP0FPfRRD

— Новости (@gulnarazeynal) May 13, 2026 Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
73
43
azpolitika.info

10Sources