EN

Rəng deyil mavi - Aytac Sahədin yeni hekayəsi

Avstriyanın paytaxtı Vyanada keçirilən 70-ci "Avroviziya" mahnı müsabiqəsinin ilk yarımfinalı musiqi bayramından çox, siyasi etirazlar və gərginliklə yadda qalıb.

Kulis.az xəbər verir ki, İsrailin müsabiqədə iştirakına etiraz edən 5 ölkənin boykot qərarından sonra, yarışma zalında da ciddi etirazlar baş qaldırıb.

"Wiener Stadthalle" arenasında baş tutan ilk yarımfinalda 10-cu nömrə altında səhnəyə çıxan İsrail təmsilçisi Noam Bettan tamaşaçıların sərt reaksiyası ilə üzləşib. İfa zamanı zalda "soyqırımı dayandırın" şüarları yüksəlib və bu sədalar birbaşa canlı yayıma da təsir edib.

Bəzi tamaşaçılar Fələstin bayraqları açaraq Qəzza ilə həmrəylik nümayiş etdiriblər. Üzərlərinə "Azad Fələstin" yazan və şüarlar səsləndirən nümayişçilər mühafizə xidməti tərəfindən zor tətbiq edilərək zaldan çıxarılıblar.

15 ölkənin mübarizə apardığı ilk yarımfinalın səsvermə nəticələrinə əsasən, aşağıdakı ölkələr finala vəsiqə qazanıb:

Müsabiqənin ikinci yarımfinalı mayın 14-də, böyük final isə mayın 16-da keçiriləcək.

İsrailin iştirakına etiraz olaraq İspaniya, Sloveniya, İrlanda, İslandiya və Niderland müsabiqədən geri çəkildiklərini açıqlamışdılar. Bu ölkələr yarımfinalı yayımlamaq əvəzinə Fələstin mövzusunda proqramlara üstünlük veriblər.

Belçika: Brüsseldə "Fələstin üçün Birlik - Soyqırıma Səhnə Yoxdur" adlı alternativ konsert təşkil edilib.

Sloveniya: Dövlət radiosu (RTV SLO) "Fələstinin səsləri" çərçivəsində Qəzzadan bəhs edən sənədli filmlər nümayiş etdirib.

Keçmiş qaliblərin reaksiyası: 2024-cü ilin qalibi Nemo (İsveçrə) və 1994-cü ilin qalibi Çarli MakQettiqan (İrlandiya) İsrailin iştirakına etiraz olaraq mükafatlarını geri qaytaracaqlarını bəyan ediblər.

Yarışma direktoru Martin Qrin bildirib ki, İsrail təmsilçisi Noam Bettanın "İsrailə 10 dəfə səs verin" təlimatı verən videolar yayması müsabiqənin ruhuna və qaydalarına ziddir:

"Bir sənətçinin birbaşa 10 dəfə səs verilməsi üçün çağırış etməsi qəbulolunmazdır. İsrailin KAN yayım qurumuna rəsmi xəbərdarlıq məktubu göndərilib və həmin videoların dərhal silinməsi tələb olunub".

Xatırladaq ki, Avropa Yayım Birliyi (EBU) 2022-ci ildən bəri Rusiyanı yarışmadan kənarlaşdırdığı halda, İsrailə qarşı oxşar qərar vermədiyi üçün "ikili standartlar" tətbiq etməkdə ittiham olunur.

Chosen
12
kulis.az

1Sources