EN

"Liverpul" rəhbərliyi Slotla bağlı yekun qərarını verdi

"Liverpul" rəhbərliyi komandanın baş məşqçisi Arne Slotla bağlı yekun qərarını verib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.

Mənbə Mersisayd təmsilçisinin idarəçilərinin bu yay niderlandlı mütəxəssislə əməkdaşlığa son qoymağı planlaşdırmadıqlarını vurğulayıb. Cari mövsüm "qırmızılar"ın sərgilədiyi performans və qazandığı nəticələr azarkeşlərin ürəyincə olmasa belə, baş məşqçi dəyişikliyinin həyata keçirilməyəcəyi bildirilib.

47 yaşlı Slot 2024-cü ildən indiki postundadır. Komanda onun rəhbərliyi altında ötən mövsüm Premyer Liqanın qalibi olub. Hazırda 59 xalı olan "Liverpul" yerli çempionatın turnir cədvəlində 4-cü pillədə mövqe tutub.

Nihat 

Chosen
23
fanat.az

1Sources