EN

Mel Qibson Romada cazibədar model ilə - FOTO

Mel Qibson İtaliyanın mərkəzində keçirdiyi romantik axşamı ilə yenidən dünya mətbuatının diqqət mərkəzinə düşüb.

Bizim.Media xəbər verir ki, 70 yaşlı əfsanəvi Hollivud aktyoru və rejissoru Romada 44 yaşlı italyan aktrisa və model Antonella Salvuççi ilə birlikdə görülüb.

Paparatsilər "Əbədi şəhər"də gəzinti zamanı hisslərini gizlətməyən Qibsonun Antonella ilə ehtiraslı öpüşlərini lentə alıblar. Cütlük bütün axşam boyu bir-birinə qarşı olduqca səmimi davranıb: onlar Roma küçələrində qucaqlaşaraq gəzib, zərif baxışlarla bir-birini süzüblər.
 

Məlumata görə, cütlüyün görüşü nüfuzlu "Micalusi Real Fish" balıq restoranında şam yeməyi ilə başlayıb. Daha sonra onlar şəhərin gecə mənzərəsini seyr etmək üçün məşhur "Zodiac" panoramik baxış nöqtəsinə, axşamın sonunda isə əfsanəvi "Fontanone" fəvvarəsinə yollanıblar. Şahidlərin sözlərinə görə, məhz bu məkanlarda romantik atmosfer öz kulminasiya nöqtəsinə çatıb.


Lakin yayılan görüntülərə baxmayaraq, vəziyyət bir mənalı deyil. TMZ-nin məlumatına görə, rəsmi olaraq Mel Qibson hazırda subaydır. Aktyora yaxın mənbələr iddia edir ki, bu kadrlar yeni bir eşq macərasını deyil, sadəcə yaxın rəfiqə ilə səmimi sağollaşmanı əks etdirə bilər.







Bizim.Media

Chosen
60
bizim.media

1Sources