EN

Bosniya və Herseqovina DÇ-2026 üçün yekun heyətini açıqladı

Bosniya və Herseqovinanın 2026-cı il dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

Fanat.Az xəbər verir ki, siyahını sözügedən ölkənin Futbol Federasiyasının mətbuat xidməti yayıb.

"Əjdahalar"ın baş məşqçisi Sergey Barbares mundiala 26 oyunçu ilə yollanacaq. Beləliklə, Bosniya və Herseqovina DÇ-2026 üçün yekun heyətini təsdiqləyən ilk komanda olub. Yalnız fors-major halları, xüsusən də xəsarətlər halında, dəyişiklik edilməsi üçün son tarix 1 iyundur. 

Siyahıda 40 yaşlı kapitanı Edin Ceko da var. 

Qapıçılar: Nikola Vasili (Sankt-Pauli, Almaniya), Martin Zlomisliç (Riyeka, Xorvatiya), Osman Hadzikic (Slaven Belupo, Xorvatiya)

Müdafiəçilər: Seyad Kolasinats (Atalanta, İtaliya), Amar Dediç (Benfika, Portuqaliya), Nihad Muyakiç (Qaziantep, Türkiyə), Nikola Katiç (Şalke, Almaniya), Tarik Muharemoviç (Sassuolo, İtaliya), Stepan Radelyiç (Rijeka, Xorvatiya), Dennis Hadzikaduniç (Sampdoriya, İtaliya), Nidal Çelik (Lans, Fransa)

Yarımmüdafiəçilər: Amir Haciahmetoviç (Hall Siti, İngiltərə), İvan Şunyiç (Pafos, Kipr), İvan Başiç (Astana, Qazaxıstan), Zenis Burniç (Karlsrue, Almaniya), Ermin Mahmiç (Slovan Liberets, Çexiya), Benyamin Tahir (Brondbü, Danimarka), Amar Memić (Viktoriya Plzen, Çexiya), Armin Qiqoviç (Yanq Boyz, İsveçrə), Kerim Alaybeqoviç (Zaltsburq, Avstriya), Esmir Bayraktaroviç (PSV, Niderland)

Hücumçular: Ermedin Demiroviç (Ştutqart, Almaniya), Yovo Lukiç (Universitatya, Rumıniya), Samed Bazdar (Yaqelloniya, Polşa), Haris Tabakoviç (Borussiya Mönhenqladbax, Almaniya), Edin Ceko (Şalke, Almaniya)

Xatırladaq ki, Bosniya və Herseqovina DÇ-2026-ya pley-off yolu ilə vəsiqə qazanıb və burada əvvəlcə Uelsi, daha sonra isə İtaliyanı məğlub edib.

Chosen
21
fanat.az

1Sources