EN

ABŞ Ermənistanda TRIPP-lə bağlı araşdırmalara BAŞLADI

ABŞ-nin "AECOM" mühəndislik və konsaltinq şirkətinin Ermənistanda səfərdə olan nümayəndələri "Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu" (TRIPP) layihəsi çərçivəsində sahə araşdırmalarına başlayıblar.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Ermənistan KİV-lərində yer alıb.

Ermənistanın baş nazir müavini Mher Qriqoryanla keçirilən görüş zamanı şirkət nümayəndələri layihənin texniki-iqtisadi əsaslandırılması üzrə işlərin əsas istiqamətlərini və tədqiqatdan gözlənilən nəticələri təqdim ediblər.

Tərəflər layihənin gələcək perspektivlərini və bölgə üçün əhəmiyyətini müzakirə ediblər.

Musavat.com

Chosen
90
musavat.com

1Sources