EN

“Bu gün evə buraxılacağam” - Akif İslamzadə

“Özümü yaxşı hiss edirəm. Bu gün ola bilsin ki, evə buraxılacağam. Vəziyyətim normaldır”.
 
Moderator.az xəbər verir ki, bBunu Musavat.com-a açıqlamasında infarkt keçirərək xəstəxanaya düşən müğənni Akif İslamzadə deyib.
 
O bildirib ki, həkimlərin son qərarını gözləyir.
 
“İndi yaxşıyam. Bu günümə də şükür. Evə buraxılacağımı gözləyirəm”, -deyə o bildirib.
 
77 yaşlı müğənni Akif İslamzadə infarkt keçirməsi səbəbindən xəstəxanaya yerləşdirilib. O, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində müalicə alır. Onun ürək damarlarından birinə stent yerləşdirilib.
 
Chosen
21
1
moderator.az

2Sources