EN

Norovirus infeksiyası: Gəmi karantinə alındı

ain.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Fransanın Bordo limanında lövbər salmış kruiz gəmisində 1700-dən çox sərnişin və heyət üzvünü karantinə alıb.

"Yeni Sabah" AFP-yə istinadla xəbər verir ki, gəmidə olan bir sərnişin ölüb və ölümün səbəbinin şübhəli norovirus infeksiyası olduğu şübhəsi var.

1233 sərnişini (əsasən Britaniya və İrlandiya vətəndaşlarını) daşıyan "Ambassador Cruise Line" gəmisində ölən şəxs 90 yaşında olub. Təxminən 50 nəfərdə norovirus simptomları müəyyən edilib. Dördpendirli pizza

"Norovirus" qusma və ishala səbəb olan qastroenterit formasıdır. Xəstəlik son dərəcə yoluxucudur.

Gəmi mayın 6-da Şetland adalarından yola düşüb. Bordoya çatmazdan əvvəl o, Belfast (Şimali İrlandiya), Liverpul (Birləşmiş Krallıq) və Brest (Fransa) şəhərlərinə baş çəkib. Cədvələ əsasən, gəminin növbəti təyinat yeri İspaniya olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
58
1
yenisabah.az

2Sources