Elm və Təhsil Nazirliyi İKT ekosisteminin davamlı texniki sağlamlıq və operativ müdaxilə xidmətinə 3 095 526 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, xidməti “Azedunet” MMC göstərəcək.
Nazirliyin nəzdindəki Təhsil Sisteminin İnformasiyalaşdırılması Sistemi və MMC arasında müqavilə bağlanıb. Müqaviləyə 13 xidmət daxildir.
Cabir
Tarix: 13 May 2026, 18:18