EN

Messinin İnter Mayami dəki maaşı 25 milyona çatdı

ain.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Məşhur argentinalı hücumçu Lionel Messinin “İnter Mayami”dəki illik maaşı 25 milyon dollara çatıb. O, hazırda MLS-də ən çox maaş alan oyunçudur.

Lent.az xarici mediaya istinadla bildirir ki, MLS Oyunçular assosiasiyasının mətbuat xidmətinin məlumatına görə, Messi 2026-cı ildə yeni müqaviləsinə əsasən baza maaşı kimi 25 milyon dollar qazanacaq.

Onun bu mövsüm üçün zəmanətli maaşı 28.333.333 dollardır. Florida klubunun əmək haqqı fondu 54,6 milyon dollardır ki, bu da ikinci ən yüksək maaş verilən “Los-Anceles”dən 20 milyon dollar çoxdur.

MLS-də ən aşağı oyunçu maaşı “Filadelfiya”dadır (11,7 milyon).

Messi “İnter Mayami ilə ilk müqaviləsini 2023-cü ilin yayında imzalayıb. O vaxt onun baza maaşı 12 milyon, illik zəmanətli kompensasiyası isə 20,5 milyon idi.

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
41
lent.az

1Sources