EN

​UEFA "Fənərbaxça"nı 10 milyon avro cərimələdi

Türkiyənin “Fənərbaxça” klubu UEFA tərəfindən sərt cəzalandırılıb. Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, İstanbul təmsilçisinə 10 milyon avro məbləğində cərimə tətbiq olunub. UEFA-nın qərarı klubun maliyyə limitlərini aşması ilə bağlıdır. Sabiq baş məşqçi Joze Mourinyo ilə bağlı ödənişlər və futbolçu Kerem Aktürkoğlunun maaşının büdcəyə daxil edilməsi araşdırmada əsas rol oynayıb. Məlumatda qeyd olunur ki, UEFA artıq yekun qərarını verib və rəsmi prosedurun yaxın günlərdə tamamlanacağı gözlənilir. “Fənərbaxça” rəhbərliyi isə proseslə bağlı hələlik rəsmi açıqlama verməyib.

Sosial şəbəkələrdə və futbol ictimaiyyətində məsələ geniş müzakirələrə səbəb olub. Mütəxəssislər UEFA-nın qərarının klubun yay transfer planlarına ciddi təsir edəcəyini bildiriblər.

Chosen
55
6
metbuat.az

7Sources