EN

Bakı sakinləri Paşinyana elə sözlər dedi ki... - İrəvanı ayağa qaldıracaq SORĞU

Məlum olduğu kimi mayın 8-dən etibarən Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri ilə bağlı seçkiqabağı təşviqat kampaniyasına rəsmi start verilib. Təşviqat dövrü iyunun 5-dək davam edəcək. Artıq Ermənistan siyasi səhnəsində həm hakimiyyət, həm də müxalifət qüvvələri arasında ciddi qarşıdurma atmosferinin formalaşdığı müşahidə olunur.

Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak üçün ümumilikdə 19 siyasi qüvvəni qeydiyyata alıb. Bu rəqəm Ermənistanın daxili siyasi mühitində parçalanmanın və siyasi qütbləşmənin daha da dərinləşdiyini göstərən əsas məqamlardan biri hesab olunur. Ekspertlərin fikrincə, bu seçkilər həm parlament uğrunda, həm də ölkənin gələcək siyasi kursunun müəyyənləşdirilməsi baxımından həlledici xarakter daşıyır.
Bəs Paşinyan bu dəfə seçilə bilərmi? Onun qalib gəlməsini Azərbaycanda kimlər arzulayır?

TV Musavat-ın əməkdaşları bu suallarla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

Chosen
29
musavat.com

1Sources