
Bu gün saat 23:00-dan, 15 may saat 24:00-dək Bakının İzmir küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətin tətbiqi Yasamal rayonu, İzmir küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsindən Tbilisi prospektinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədardır.