EN

"Survivor" iştirakçısından faciəvi xəbər: Ayağı amputasiya edildi

"Survivor" yarışmasının iştirakçısı Stavros Florosın Dominikan Respublikasında keçirdiyi ağır qəza böyük səs-küyə səbəb olub.

Musavat.com xəbər verir ki, çəkilişlərdən kənar vaxtını dəyərləndirmək istəyən Florosun dənizdə bədbəxt hadisə ilə üzləşdiyi bildirilib.

Məlumata görə, o, Agios Dominikos bölgəsində zıpkınla balıq ovu etdiyi zaman ərazidən keçən turist qayığı ona çırpılıb. Gənc iştirakçı hadisədən sonra çəkiliş heyətinin təcili müdaxiləsi ilə xəstəxanaya çatdırılıb.

Yunanıstan mediasında geniş rezonans doğuran hadisədən sonra Florosun səhhəti ilə bağlı kədərli detallar ortaya çıxıb.

Son məlumatlara əsasən, qəzanın ağırlığı səbəbindən Stavros Florosun bir ayağı amputasiya edilib. Yarışma iştirakçısının atası Yunanıstan televiziya kanallarına açıqlamasında oğlunun çox qan itirdiyini, digər ayağında da ciddi zədələrin olduğunu təsdiqləyib.

Könül
Musavat.com

Chosen
45
musavat.com

1Sources