EN

Məşhur müğənnidən toylarla bağlı qalmaqallı çıxış

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Türkiyəli məşhur müğənni və aparıcı Seda Sayan yutub proqramında etdiyi açıqlamalarla yenidən gündəm olub.

Gununsesi.info “Haberler.com”a istinadən xəbər verir ki, artan toy xərclərinə diqqət edən müğənni gənc cütlüklərə maraqlı məsləhət verib.

Seda Sayan “Kafa TV”nin yutub kanalında yayımlanan proqramın son buraxılışında evliliyə hazırlaşan gənclər üçün toyların artıq ciddi maddi yükə çevrildiyini bildirib:

“Qızıl yığacağıq deyə toy edirsiniz. Amma xərc gəlirdən daha çox olur. Heç əziyyət çəkməyin, nikah edin, IBAN verin”.

Sayan toyların ayrılmaz hissəsi sayılan “boxça” ənənəsini də tənqid edib. Onun sözlərinə görə, bu adət artıq lazımsız xərcə çevrilib.

Müğənni birbaşa maddi dəstəyin daha faydalı olduğunu qeyd edib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
3
icma.az

4Sources