EN

Qışda ''Fənər''dən ayrılan futbolçu ''Qalatasaray''la danışıqlar aparır?

''Fənərbaxça''da ümidləri doğrultmayan və qış transfer dönəmində ''Zenit''ə yollanan Con Duran ilə bağlı yeni maraqlı iddia ortaya atılıb.

''Qalatasaray''ın bu futbolçuya maraq göstərməsi ilə bağlı şayiələr günü-gündən artır. ''Cim-Bom''un rəsmisi Abdulla Kavukçu bu günlərdə ''əvvəlcədən bizə gəlmək istəyib başqa kluba gedən futbolçular indi ''Qalatasaray''a gələ bilərəmmi'' deyərək bizə xəbər yollayırlar. Ad açıqlamaq istəmirəm. Başa düşənlər kimi nəzərdə tutduğumu bildilər'' açıqlamasını vermişdi.

Bu açıqlamanın fonunda Duranın təmsilçisi Conatan Errera danışıqlar aparmaq üçün bu gün İstanbula gəlib. Bu xəbəri Yağız Sabuncuoğlu və digər mənbələr paylaşıb. Duranın Rusiya karyerası demək olar, fiasko ilə nəticələnib. Düzdü, ''Zenit'' sona 1 tur qalmış liderdi. Amma kolumbiyalı forvardın kluba demək olar, bir faydası dəyməyib. O, 9 rəsmi oyunda yalnız 2 qol vurub. Son 2 turda isə ümumiyyətlə meydana çıxmayıb.

Duran hələ də müqavilə ilə ''Əl-Nəssr''ə məxsusdu. O, ''Fənərbaxça''da olduğu kimi ''Zenit''də də icarə əsasında top qovur. 22 yaşlı futbolçu ''Fənər''dən ayrıldıqdan sonra bir neçə dəfə ''Qalatasaray''da çıxış edən həmyerlisi Devinson Sançesin paylaşımını bəyənib.

Elə ən son Duranın ''Qalatasaray''ın çempionluğa dair paylaşımını bəyənməsi də diqqət çəkmişdi.

Chosen
22
1
football-plus.az

2Sources