EN

2026 cı ildə evlənmək üçün ən uğurlu 5 tarix

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ailə qurmağa hazırlaşan cütlüklər üçün toyun təşkilatı qədər, seçilən günün enerjisi də böyük önəm daşıyır. Astroloqlar 2026-cı ildə planetlərin düzülüşünün nikahın gələcək taleyinə, münasibətlərin harmoniyasına və hətta evin bərəkətinə birbaşa təsir edəcəyini bildirirlər.

Demokrat.az bildirir ki, 2026-cı il ailə qurmağa hazırlaşan cütlüklər üçün astrologiya baxımından olduqca əlverişli görünür. Xüsusilə Veneranın sevgi enerjisini gücləndirdiyi, Yupiterin bolluq və bərəkət təsirini artırdığı günlər münasibətlər üçün daha uğurlu hesab edilir.

2026-cı ildə evlilik üçün ən uğurlu tarixlər hansılardır?

Astrologiyada toy tarixi seçərkən ən çox diqqət edilən məqam Venera və Yupiterin harmonik bucaqlarıdır. Xüsusilə may ayının son həftəsi və iyunun əvvəlində münasibətlərdə sabitlik, sevgi və maddi rifah enerjisinin daha güclü olacağı bildirilir.

Astroloqlar Merkuri və Venera retro dövrlərində nikah mərasimindən mümkün qədər uzaq durmağı tövsiyə edir. Çünki Merkuri retrosu ünsiyyət problemləri, texniki aksaklıqlar və anlaşılmazlıqlarla əlaqələndirilir. Venera retrosu isə köhnə münasibətlərin yenidən gündəmə gəlməsi və emosional qarışıqlıq riski yarada bilər.

Veneranın mövqeyi niyə vacibdir?

Sevgi və estetikanın simvolu olan Venera toy gününün enerjisinə birbaşa təsir edən əsas planet hesab olunur. 2026-cı ilin yay aylarında Veneranın Buğa və Tərəzi kimi idarə etdiyi bürclərdə olması toy mərasimlərinə romantik, harmonik və zövqlü aura qatacaq. Astroloqlara görə bu dövrdə qurulan ailələrdə həm emosional uyğunluq, həm də maddi sabitlik daha güclü ola bilər.

Bürclərə görə toy konsepti necə olmalıdır?

Od ünsürlü Qoç, Şir və Oxatan bürcləri üçün böyük, təmtəraqlı və əyləncəli toylar daha uyğun hesab olunur. Buğa, Qız və Oğlaq kimi torpaq ünsürlü bürclər isə təbiət içində, klassik və keyfiyyətli atmosferi olan mərasimlərə üstünlük verir.

Hava ünsürlü Əkizlər, Tərəzi və Dolça üçün kokteyl tərzli sosial məclislər ideal görünür. Su ünsürlü Xərçəng, Əqrəb və Balıqlar isə dəniz kənarında, emosional atmosferi güclü olan toy konseptlərinə daha yaxın olur.

2026-cı ilin ən şanslı toy tarixləri

16 may 2026 — Buğa bürcündə Yeni Ay təsiri uzunmüddətli münasibət və maddi təhlükəsizlik istəyən cütlüklər üçün uğurlu enerji yaradır.

6 iyun 2026 — Venera ilə Yupiterin güclü qovuşumu ilin ən şanslı və ən romantik tarixlərindən biri hesab olunur.

8 avqust 2026 — Numerologiyada sonsuzluğu simvolizə edən 8/8 tarixi bu il şənbə gününə təsadüf edir və güclü bağlılıq enerjisi ilə əlaqələndirilir.

Astroloqlar bildirirlər ki, düzgün tarix seçimi münasibətlərdə harmoniyanı artırsa da, uzunömürlü evliliyin əsasını qarşılıqlı hörmət, güvən və sağlam ünsiyyət təşkil edir.Aytən

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
138
37
demokrat.az

10Sources