EN

Tramp 250 nəfəri əfv edə bilər

ABŞ administrasiyası Prezident Donald Tramp tərəfindən 250 nəfərin əfv edilməsi imkanını nəzərdən keçirir.

Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən yazıb.

Nəşr bildirir ki, belə bir addımın Birləşmiş Ştatların qurulmasının 250 illiyinə həsr olunması gözlənilir.

Məlumata görə, müvafiq plan üzərində iş hələlik ilkin mərhələdədir.

"WSJ" yazır ki, əfvlər barədə elan 4 iyul - ABŞ-nin Müstəqillik Günündə, yaxud 14 iyun - Amerika Prezidentinin ad günü ilə üst-üstə düşən Bayraq Günündə verilə bilər. Bu məsələ üzrə yekun qərar Trampın ixtiyarındadır.

Chosen
30
5
publika.az

9Sources