EN

Hansı meyvənin şirəsi mədə xərçənginin qarşısını alır?

Noni meyvəsinin şirəsi mədə xərçəngi hüceyrələrində xüsusi bir mexanizmi aktivləşdirməklə onların böyüməsinin qarşısını ala bilər.

 

Bununla bağlı araşdırmanın nəticələri "Food & Function" jurnalında dərc olunub.

 

Noni meyvəsi ("Morinda citrifolia") tropik bölgələrdə yetişən və ənənəvi olaraq fermentləşdirilmiş şirə və sağlamlıq üçün faydalı içkilərin hazırlanmasında istifadə edilən bir bitkidir. Yeni araşdırmada alimlər bu şirənin mədə xərçəngi hüceyrələrinə təsirini siçanlar üzərində sınaqdan keçiriblər.

 

Təcrübələr göstərib ki, bu içki şiş hüceyrələrinin həyat qabiliyyətini azaldır, onların çoxalmasını və yayılmasını (miqrasiyasını) ləngidir. Analizlər nəticəsində məlum olub ki, noni şirəsi hüceyrələrdə ferroptoz prosesini işə salır. Bu, orqanizmdə dəmirin toplanması, lipidlərin (piylərin) oksidləşməsi və hüceyrə membranlarının zədələnməsi ilə nəticələnən xüsusi bir hüceyrə ölümü formasıdır.

 

Bu effekt hüceyrədaxili "Nrf2/HO-1-GPX4" siqnal yolunun fəaliyyətinin dəyişməsi sayəsində baş verir. Tədqiqatçılar meyvənin tərkibindəki aktiv maddələr arasında apigenin, naringenin və kurkumol kimi güclü antioksidant olan flavonoidləri müəyyən ediblər.

 

APA

Tarix: 14 May 2026, 08:02   
Chosen
37
1
pravda.az

2Sources