ABŞ-da MLS liqasında 13-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin yer aldığı “Kolambus Kryu” səfərdə "Nyu-York Red Bulls"in qonağı olub.
Meydan sahiblərinin 3:2 hesabı ilə qalib gəldiyi matçda Nəriman gec yada düşüb. 21 yaşlı forvard oyuna 85-ci dəqiqədə, bütün qollar vurulduqdan sonra qoşulub.
Hazırda 12 xalı olan “Kolumbus Kryu” Şərq Konfransında turnir cədvəlinin 13-cü pilləsində mövqe tutub.
Xatırladaq ki, ABŞ klubuna qış fasiləsində "Qarabağ"dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.