EN

Rasim Ozan Kütahyalı saxlanıldı: 21 vilayətdə qanunsuz mərc əməliyyatı

BAKI, 14 may. TELEQRAF

Türkiyədə Adana mərkəzli qanunsuz mərc əməliyyatı keçirilib.

Teleqraf xəbər verir ki, əməliyyat çərçivəsində jurnalist Rasim Ozan Kütahyalı İstanbulda yaşadığı evdə saxlanılıb.

Türkiyənin ədliyyə naziri Akın Gürlek istintaqla bağlı açıqlama verib. O bildirib ki, Adana Respublika Baş Prokurorluğunun koordinasiyası ilə qanunsuz mərc, ağır dələduzluq, rüşvət və çirkli pulların yuyulması cinayətləri üzrə 21 vilayətdə eyni vaxtda əməliyyat keçirilib.

Əməliyyat zamanı 200 şübhəli şəxs hədəf alınıb.

Nazirin sözlərinə görə, MASAK hesabatları, texniki və fiziki izləmə nəticəsində əldə edilən sübutlar əsasında maliyyə sistemi daxilində təxminən 100 milyard lirə və 2 milyard dollar həcmində cinayət gəlirinin yuyulduğu müəyyən edilib.

Qeyd edək ki, Rasim Ozan Kütahyalının istintaq çərçivəsində saxlanıldığı, araşdırmanın davam etdiyi bildirilir.

Chosen
35
teleqraf.com

1Sources