BAKI, 14 may. TELEQRAF
Özbəkistanın ilk milli kosmonavtının 2028-ci ilin oktyabr ayına qədər kosmosa göndərilməsi planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə “Özbəkkosmos” Agentliyinin direktor müavini Muxiddin İbrohimov məlumat verib.
O bildirib ki, uçuş 14 gün davam edəcək, hazırda bununla ABŞ, Rusiya və Çinlə danışıqlar aparılır. Bütün tərəflər əməkdaşlığa hazır olduqlarını bildiriblər.
Namizədlər üçün bu tələblər qoyulub: yaş həddi 27-40, ali təhsil, boy 160-190 sm, çəki 50-95 kq, xarici dilləri bilmək.
Əvvəllər kosmonavtların seçim prosesinin ümummilli proqram kimi təşkil ediləcəyi açıqlanmışdı. Bu məqsədlə xüsusi dövlət komissiyası yaradılacaq və kosmonavtların seçilməsini, təlimini və uçuşunu əlaqələndirəcək.