EN

"İzzətin yanında mənə Əməkdar artist deməyin" - VİDEO

"İzzət mənim dostumdur. İstəmirdim ki, məni Əməkdar artist kimi təqdim edəsiniz. Çünki İzzət Bağırov efirdə olanda biz hələ yox idik. Nə olsun ki, ondan böyüyəm? İzzət efirə çıxanda biz evdə oturub televizora baxırdıq".

Bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Qonaqcanlı" verilişində deyib.

O, müğənni İzzət Bağırovla bağlı bu fikirləri səsləndirib:

"Elə şeylər var ki, dost dostu aşağı görməməlidir. İzzətlə tanış olanda 20 yaşı var idi. O vaxt bir restoranda işləyirdi, sonra oradan çıxdı. O vaxt hələ mən tanınmırdım. Həmin restoranın müdiri də İzzətdən sonra heç kimi bəyənməmişdi. Bircə məni. Gələnlər də etiraf edirdilər ki, biz bura İzzətə görə gəlirdik". (Axşam.az)

Chosen
1
8
moderator.az

8Sources