ABŞ prezidenti Donald Trampin mümkün ölüm halı üçün vitse-prezident Cey Di Vensə ünvanlanmış gizli vida məktubu hazırladığı iddia olunub.
Publika.az xəbər verir ki, bu barədə “New York Post”a müsahibəsində prezidentin köməkçi müavini Sebastyan Qorka məlumat verib.
Onun sözlərinə görə, “Rezulut” adlı iş masasının siyirməsində Trampın vitse-prezidentə ünvanlanmış məktubu saxlanılır.
Qorka bildirib ki, Ağ Evdə prezidentə qarşı xarici güclər tərəfindən real təhlükə ehtimalı ilə bağlı ciddi narahatlıq yoxdur.
Məlumata görə, son iki il ərzində Trampa qarşı üç ayrı sui-qəsd cəhdi qeydə alınıb. İlk və ən səs-küylü hadisə 2024-cü il iyulun 13-də Pensilvaniya ştatının Batler şəhərində keçirilən seçki mitinqi zamanı baş verib. 20 yaşlı Tomas Metyu Kruks yaxınlıqdakı damdan atəş açıb, güllə Trampın qulağını yüngülcə zədələyib. Hadisə zamanı bir nəfər həlak olub.