EN

Prezidentin yüksək vəzifə verdiyi Ağakərim Səmədzadə kimdir? DOSYE

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Xəbər veridyimizi kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Ağakərim Ağasəməd oğlu Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub.Avtosfer.az nocomment.az-a istinadən xəbər verir ki, yeni təyinatdan sonra onun kimliyi və fəaliyyəti ictimaiyyətin maraq dairəsinə düşüb.Ağakərim Səmədzadə ilə bağlı açıq mənbələrdə geniş bioqrafik məlumatlar yer almasa da, onun uzun illər dövlət strukturlarında çalışdığı bildirilir.Məlumata görə, Ağakərim Səmədzadə əsasən ədliyyə və iqtisadiyyat sahələrində fəaliyyət göstərib. 2015-ci ilin noyabrında Ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə görə təltif edilən vəzifəli şəxslər sırasında A.Səmədzadə də olub. O, "Dövlət qulluğunda fərqlənməyə görə" medalına layiq görülüb.Onun müxtəlif dövlət qurumlarında məsul vəzifələrdə çalışdığı qeyd olunur. Lakin indiyədək mediada aktiv görünmədiyi üçün şəxsi həyatı və karyerası barədə geniş məlumat yayılmayıb.Ağakərim Səmədzadənin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə gətirilməsi idarəetmə və iqtisadi nəzarət mexanizmlərinin gücləndirilməsi məqsədi daşıya bilər.Qeyd edək ki, son dövrlər ekologiya sahəsində həyata keçirilən islahatlar, “yaşıl enerji” layihələri və ekoloji nəzarət mexanizmlərinin sərtləşdirilməsi bu sahədə yeni kadr dəyişikliklərini aktuallaşdırıb.Yeni nazir müavininin qarşıdakı dövrdə hansı istiqamətlər üzrə fəaliyyət göstərəcəyi maraqla izlənilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
avtosfer.az

1Sources