EN

Onlayn kredit adı ilə dələduzluq Vətəndaş nə etməlidir?

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son dövrlərdə sosial şəbəkələrdə və mesajlaşma platformalarında “sürətli kredit”, “zəmanətsiz borc”, “5 dəqiqəyə pul köçürülür” kimi saxta elanlar geniş yayılıb.

Bu elanlar vasitəsilə vətəndaşlardan əvvəlcədən “sığorta haqqı”, “qeydiyyat rüsumu” və ya “komissiya” adı ilə pul alınır, daha sonra isə həmin şəxslərlə əlaqə kəsilir.

Gununsesi.info-ya danışan hüquqşünas Şamil Paşayev bildirib ki, bu cür hallarda vətəndaşların ən böyük səhvi şəxsi məlumatlarını tanımadıqları şəxslərə verməsidir.

Onun sözlərinə görə, şəxsiyyət vəsiqəsi məlumatları, bank kartı rekvizitləri və SMS təsdiq kodlarının paylaşılması dələduzlara birbaşa imkan yaradır.

Hüquqşünas qeyd edib ki, belə vəziyyətlə qarşılaşan vətəndaş ilk növbədə bankla əlaqə saxlamalı, kart və ya hesab üzərində əməliyyat məhdudiyyəti qoydurmalıdır. Daha sonra isə bütün sübutlar, yəni yazışmalar, köçürmə qəbzləri, elan ekran görüntüləri toplanaraq hüquq-mühafizə orqanlarına təqdim edilməlidir.

“Dələduzluq faktı nə qədər tez bildirilərsə, pulun geri qaytarılması və cinayətkarların müəyyən olunması ehtimalı bir o qədər artır,” – deyə hüquqşünas vurğulayıb.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
icma.az

1Sources