"Barselona" "Barselona"nın La Liqada uzun müddətdir davam edən qol seriyası başa çatıb.
Fanat.Az xəbər verir ki, kataloniyalılar 2024-cü ilin dekabr ayından bəri ilk dəfə La Liqada fərqlənə bilməyib.
Hans-Diter Flikin komandası 36-cı turda "Alaves"ə 0:1 hesabı ilə uduzub.
"Opta"nın hesablamasına görə, İspaniya nəhənginin fantastik seriyası 55 oyunda dayanıb.
"Barselona" sonuncu dəfə meydanı 15 dekabr 2024-cü ildə "Leqanes"lə oyunda qolsuz tərk etmişdi. O vaxtdan bəri "Barselona" 55 oyunluq qol seriyasına sahib idi ki, bu da La Liqa tarixində ikinci ən uzun seriyadır.
Rekord 64 oyundur. Bu da "Blaugrana"ya aiddir.