EN

Rusiya nüvə sualtı qayıqlarını BELƏ QORUYUR - FOTO

Rusiya tərəfi Kamçatka yarımadasındakı "Rıbaçiy" dəniz bazasında yerləşən atom sualtı qayıqlarını Ukrayna dronlarından qorumaq üçün xüsusi tədbirlərə əl atıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin PUA-ların cəbhədə istifadəsinin artırılması üzrə müşaviri Sergey Sternenko məlumat yayıb.

Peyk görüntülərinə əsasən, bazadakı "Borey" və "Borey-A" sinfinə aid ən azı iki atom sualtı qayığının üzərində antidron torları quraşdırılıb.

Qeyd edək ki, Ukraynadan 7400 km məsafədə yerləşən "Rıbaçiy" bazası Rusiya Federasiyası Sakit Okean Donanmasının atom sualtı qayıqlarının əsas bazası hesab olunur. Məhz buradan sualtı qayıqlar Sakit okeanda uzunmüddətli patrul xidmətinə yollanırlar.

Sözügedən hər bir sualtı qayıq 16 ədəd "Bulava" (RSM-56) qitələrarası ballistik raketi daşımaq qabiliyyətinə malikdir. Bundan əlavə, həmin bazada qanadlı raket daşıyıcıları da yerləşir. Rusiyanın Ukrayna sərhədindən minlərlə kilometr uzaqda yerləşən strateji obyektlərini bu cür qoruması Ukrayna dronlarının artan effektivliyindən ehtiyat etdiklərini göstərir.

Musavat.com

Chosen
18
musavat.com

1Sources