EN

Azərbaycan Mərkəzi Bankında qadın işçilərin payı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ildə Azərbaycan Mərkəzi Bankında (AMB) qadın işçilərin xüsusi çəkisi 38,1% təşkil edib. Bu 2024-cü illə müqayisədə 1 faiz bəndi çoxdur. 2023-cü ilin eyni dövründə bu göstərici 34,7% təşkil edirdi.

Banco.az xəbər verir ki, bu barədə bankın "Dayanıqlı maliyyə hesabatı"nda bildirilib.

Hesabata görə, ötən il işə yeni qəbul olunmuş qadınların payı 2024-cü ildəki 38%-dən 40,5%-ə yüksəlib.

Ötən il İdarə Heyətində qadınların payı 16,7%-ə, qadın baş direktorların payı 11,1%-ə, qadın departament direktorlarının payı 25,7%-ə, qadın bölmə/şöbə rəhbərlərinin payı isə 27,6%-ə bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
23
1
banco.az

2Sources