Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Liverpul"un cinah hücumçusu Məhəmməd Salah zədəsini sağaldaraq kollektiv məşqlərə başlayıb.
Fanat.Az Mersisayd klubunun rəsmi saytına istinadən xəbər verir ki, misirli forvardın son durumunu baş məşqçi Arne Slot sabah baş tutacaq "Aston Villa" ilə matçdan öncə təşkil edilən mətbuat konfransında açıqlayıb.
Əzələ zədəsi üzündən son iki görüşü kənardan izləyən Salah qarşıdakı matçda meydana çıxa bilər. Mütəxəssis İbrahima Konatenin də zədəsini sağaldaraq məşqlərə qoşulduğunu, Alisson Beker və Florian Virtsin vəziyyətinin isə tibbi müayinədən sonra bəlli olacağını deyib.
Hazırda 59 xalı olan "Liverpul" İngiltərə Premyer Liqasının turnir cədvəlində 4-cü pillədə mövqe tutub.
Toğrul
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.