EN

Litvalı baş məşqçi Azərbaycan futbolunun tarixinə düşüb

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Sabah” eyni mövsümdə Azərbaycan çempionatı və kubokunun qalibi adını qazanan beşinci komanda kimi tarixə düşüb.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Premyer Liqasının qalibi adını mövsüm başa çatmadan təmin edən komanda ölkə kubokunun finalında “Zirə”yə qalib gəlib - 2:1.

Bu, klub tarixində ilk “qızıl dubl” olub. Əvvəlki mövsümlərdə dörd klub ümumilikdə 11 dəfə “qızıl dubl” gerçəkləşdirib. “Qarabağ” hamıdan çox - 6 dəfə (1993, 2014/2015, 2015/2016, 2016/2017, 2021/2022, 2023/2024) bunu bacarıb. “Neftçi”nn hesabında 3 (1995/1996, 2003/2004, 2012/2013) “qızıl dubl” var. “Sabah” kimi hərəyə bir dəfə belə uğura sevinən “Kəpəz” 1997/1998, “Xəzər Lənkəran” 2006/2007-ci illər mövsümündə hər iki titulu qazanıb.

“Sabah”ın litvalı baş məşqçisi Valdas Dambrauskas Azərbaycanda “qızıl dubl” müəllifi olan ilk legioner mütəxəssisdir. Əvvəlki 11 belə uğura yerli baş məşqçilər imza atıb. Qurban Qurbanov 5 (2014/2015, 2015/2016, 2016/2017, 2021/2022, 2023/2024), Kazbek Tuayev (1995/1996, 2003/2004) və Ağasəlim Mircavadov (1993, 2006/2007) hərəsi 2, Mehman Allahverdiyev (1997/1998) və Böyükağa Hacıyev (2012/1013) hərəsi bir dəfə rəhbərlik etdiyi komanda ilə buna nail olub.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
4
icma.az

10Sources