EN

Qəzada ölən qardaşların valideynləri də vəfat edibmiş

Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Gürcüstanın Qardabani rayonunda ağır yol-nəqliyyat hadisəsində 7 nəfər həlak olub.  

"Unikal" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, həlak olan şəxslərdən 19 yaşlı Kamil və 17 yaşlı Şamil Əliyevlər qardaş olub. 

Məlumata görə, iki qardaş erkən yaşda valideynlərini itiriblər. Onlar nənə və baba himayəsində böyüyüblər.  Qeyd olunur ki, Şamil restoranda ofisiant kimi çalışırmış, Kamil isə idmanla, xüsusilə boksla məşğul olub.

Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi qəza ilə bağlı istintaq başladıb.  

Gülayə Mecid 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
21
6
unikal.az

9Sources